<b>Ramal küsülü olduğu Niyam Salamini <span style="color:red;">TƏNQİD ETDİ : <span style="color:red;">"O müğənni deyil"</b>
02 iyul 2018 14:32 (UTC +04:00)

Ramal küsülü olduğu Niyam Salamini TƏNQİD ETDİ: "O müğənni deyil"

Müğənni Ramal İsrafilov “ATV maqazin onlarla” verilişində küsülü olduğu həmkarı Niyam Salami barədə danışıb. Lentaz-ın məlumatına görə, R.İsrafilov bildirib ki, N.Salamini müğənni kimi qəbul etmir: "Müğənnilər oxudu qutardı. Aş da gəldi, kabab da gəldi, tort da gəldi. Bəs bu aşpaz niyə çıxıb getmədi evinə? Aşpazın sənətçilərin yanında nə işi var axı. Şəkil çəkdirmək istəyirsən?

Bu aşpazda qəşəng yeməklər var. Həm də deyəsən bir dəfə mənə pul filan göstərmişdi. Mən o pulun iki qatını verdim ona, gəlsin bağımda aşpaz işləsin. O cür sənətin var, nə üçün gəlib düşmüsən bu ağır yola? Heç olmasa əziyyətlə gəlmisən, haqq itirmə. Göygöz kosa kimi burdan öldürürsən ordan çıxır. 

Rəhmətlik İlhamə xanım demişkən, sən yaxşı oxuyursan, amma aşpazsan da. Biri şəkili yandırır, biri də cırır. Mən də əlcəklərimi geyinmişəm. Zarafatları, söhbətləri gətirib efirə çıxarmaq olmaz. O mahnı mənim mahnımdır. Bəli, dəstək olmuşam. Mən elə insanları əylənmək üçün çox istəyirəm. Onda görə biləcəyim ancaq şıltaqlıq və zarafatdır. Başqa cür qəbul edə bilmirəm. Özün məni tanıyırsan. 

Ömür boyu məndən qidalanmısınız. Nə oldu birdən- birə adam tapmadın reklam etməyə. Gəldin sənə mahnı yazan adamın arxasınca danışdın. Efirdə mədəniyyət deyilən bir şey var. Bazar adamı kimi danışmağın yeri yoxdur. Düzgün yanaşmadığına, hörmət qoymadığına görə, bir az soyuq baxıram. Aşpaz aşpazdır da. Sənətə yaxın olmaq üçün bir az mədəniyyətli olmaq lazımdır” 

 

# 609
avatar

Yalçın UĞUR

Oxşar yazılar