[b]Rusiya qazın topdansatış qiymətini qaldırdı [/b]
01 iyul 2018 07:56 (UTC +04:00)

[b]Rusiya qazın topdansatış qiymətini qaldırdı [/b]

 

 

Rusiyanın “Qazprom” konserni iyulun 1-dən qaza olan topdansatış qiymətlərini bütün istehlakçı kateqoriyalar üçün 3,4 faiz  qaldırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq qərar Rusiya Antiinhisar Xidməti tərəfindən qəbul edilib.   

 

Məlumata görə, 11 may tarixli əmr Ədliyyə Nazirliyində iyunun 19-da qeydə alınıb.  

Qeyd edək ki, “Qazprom”un satdığı qazın topdansatış qiymətləri Rusiya hökuməti tərəfindən tənzimlənir.

 

# 347
avatar

Oxşar yazılar