ABŞ-da Tramp əleyhinə aksiyalar keçirilir
01 iyul 2018 04:27 (UTC +04:00)

ABŞ-da Tramp əleyhinə aksiyalar keçirilir

 

 

ABŞ-da prezident Donald Trampın immiqrasiya siyasətinin əleyhinə yüzlərlə kütləvi etiraz aksiyaları təşkil olunub. APA-nın CNN telekanalına istinadən verdiyi xəbərə görə, fksiyalar Boston, Vaşinqton, Denver, Nyu-York və Dallasda təşkil olunub.

 

Etirazçılar sərhəddə saxlanılan qanunsuz miqrantların uşaqlarının valideynlərinə qaytarılmasını tələb edirlər.   

 

Bundan əvvəl Vaşinqton polisi Tramp əleyhinə qanunsuz aksiyaya qatılmış 575 etirazçını saxlayıb.  

 

 

# 252
avatar

Oxşar yazılar