“Kişi dedi ki, gəl maşınıma min aparım səni” – <span style="color:red;">Elza Seydicahan
30 iyun 2018 12:44 (UTC +04:00)

“Kişi dedi ki, gəl maşınıma min aparım səni” – Elza Seydicahan

Əməkdar artist Elza Seydicahan “Səhər-Səhər” verlişində başına gələn hadisədən danışıb. Lent.az-ın məlumatına görə, müğənni hadiqəni belə nəql edib:
 
“Elə vaxtı olub ki, yolumu azmışam. Bir dəfə mən tələbə vaxtı Biləcəriyə təzə gəlmişdik. Getmişdim dərziyə. Oğlum balaca idi, 5 yaşı vardı. Anam evi təzə almışdı. Evə gələndə azdım. Gecə vaxtı bilmədim hara gedim. Bir maşın geriyə verdi və dedi ki, xanım deyəsən siz azmısız. Mən də ağladım. O vaxt ürkək vaxtım idi. Kişi dedi ki, gəl min maşına aparım da. Dedim ki, yox mən sizin maşınınıza minə bilmərəm. Siz sürün mən oğlumla gəlim dalınızca. Kişilər tökülüşdü ki, ay bacı narahat olmayın, biz də burdayıq. Minin burdadı maşınla aparsın sizi”.

# 642
avatar

Oxşar yazılar