[b]Almanları udan Koreya millisini yumurta atəşinə tutdular[/b]
30 iyun 2018 04:42 (UTC +04:00)

[b]Almanları udan Koreya millisini yumurta atəşinə tutdular[/b]

Cənubi Koreya millisi DÇ-2018 çərçivəsində Almaniya yığması üzərində tarixi qələbə qazansa belə, komandanın mundialla erkən vidalaşması vətənlərində birmənalı qarşılanmayıb.

 

Lent.az-ın “oxu.az”-a istinadən xəbərinə görə, milli komandanın üzvləri geri dönən kimi “İnçxon” beynəlxalq hava limanında jurnalistlərin qarşısına çıxıb.

 

Yanıqlı azarkeşlərdən biri  komanda üzvlərini yumurta atəşinə tutub.

 

Xatırladaq ki, oxşar atmosfer Cənubi Koreyanın DÇ-2014-dəki çıxışından sonra da yaşanmışdı. Həmin vaxt aeroportda, qrup oyunlarında cəmi bir xal toplayan koreyalı futbolçuların üzərinə konfetlər atılmışdı.

 

Konfet atılması Koreya adət-ənənələrinə ən böyük təhqirlərdən sayılır.

 

 

# 461
avatar

Oxşar yazılar