[b]Miqrantları daşıyan qayıq batdı[/b] - [b]100 nəfər itkin düşdü[/b]
30 iyun 2018 04:27 (UTC +04:00)

[b]Miqrantları daşıyan qayıq batdı[/b] - [b]100 nəfər itkin düşdü[/b]

Liviya sahillərində miqrantları daşıyan qayıq batıb.

 

APA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 100-ə yaxın insan itkin düşüb.

 

Qayığın göyərtəsində 120 miqrantın olduğu ehtimal olunur.  Liviya Sahil Mühafizə Xidmətinin əməkdaşları 16 miqrantı xilas edə bilib, 3 uşağın meyiti sudan çıxarılıb. İtkin düşənlərin arasında iki körpə və 12 yaşadək olan üç uşaq var.

 

Sağ qalan miqrantların sözlərinə görə, qayıq dənizə çıxdıqdan bir neçə saat sonra batıb. Qayıqda əsasən Mərakeş və Yəmən vətəndaşları olub.

 

# 279
avatar

Oxşar yazılar