Moskvada bomba həyəcanı – hava limanı bağlandı
29 iyun 2018 16:55 (UTC +04:00)

Moskvada bomba həyəcanı – hava limanı bağlandı

Futbol üzrə dünya çempionatının keçirildiyi Moskva şəhərinin Domodedovo hava limanında bomba həyəcanı yaşayıb.

 

Lent.az sozcu.com.tr-yə istinadən bildirir ki, artıq hava limanının bir sıra sektorları bomba təhlükəsi ilə əlaqədar olaraq bağlanıb.

 

Şahidlərin sözlərinə görə, bir nəfər əllərini boynuna qoyaraq yerdə uzanıb. Bir neçə dəqiqə sonra polis həmin şəxsin əllərini qandallayaraq aparıb. Amma həmin şəxsin üzərində bomba olmadığı, hava limanının fəaliyyətinin davam etdiyi aidiyyəti qurumlar tərəfindən elan olunub.

 

# 434
avatar

Tural TURAN

Oxşar yazılar