[b]İtaliya Aİ sammitinin yekun sənədini blokladı [/b]
29 iyun 2018 05:46 (UTC +04:00)

[b]İtaliya Aİ sammitinin yekun sənədini blokladı [/b]

İtaliya Avropa İttifaqına (Aİ) üzv ölkələrin sammitinin yekunlarına dair sənədin imzalanmasını bloklayıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının sədri Donald Tusk bildirib.

 

Onun sözlərinə görə, sammitin yekunlarına dair heç bir sənəd hələ ki imzalanmayıb.   

 

Sənədin imzalanmaması səbəbindən sammitdən sonra nəzərdə tutulan mətbuat konfransı da ləğv edilib.   

 

Yekun sənəddə ölkələrin təhlükəsizlik, ticarət, miqrasiya və digər sahələrdəki siyasətinə dair müddəalar yer almışdır.   

 

# 373
avatar

Oxşar yazılar