<b>ABŞ-da redaksiyada atışma: ölənlər var </b> - <span style="color:red;">YENİLƏNİB-2
29 iyun 2018 02:51 (UTC +04:00)

ABŞ-da redaksiyada atışma: ölənlər var - YENİLƏNİB-2

ABŞ-ın Merilənd ştatında “Capital Gazette” nəşrinin redaksiyasında baş vermiş silahlı insident nəticəsində 5 nəfər ölüb, atəş açan şəxs saxlanılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə hadisənin baş verdiyi Annapolis şəhərinin polis idarəsinin nümayəndəsi bildirib.

 

Hadisənin səbəbləri araşdırılır, şahidlərdən ifadələr götürülür.  

 

**** 01.00

 

ABŞ-ın Merilənd ştatında “Capital Gazette” nəşrinin redaksiyasında baş vermiş silahlı insident nəticəsində azı 4 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, atəş açan şəxs saxlanılıb.

 

“Silahlı şəxs ofisə daxil olaraq atəş açmağa başlayıb, həmkarlarımdan bir neçəsi ölüb. Silahlı şəxs əvvəlcə şüşə qapıya atəş açıb, sonra ofisə daxil olaraq, otaqdakı insanlara atəş açmağa başlayıb”, - deyə redaksiyanın əməkdaşı Fil Devis “Twitter”-də  bildirib.

 

ABŞ prezidenti Donald Trtamp insident barədə məlumatlandırılıb.        

 

 

***** 23.58

 

ABŞ-ın Merilənd ştatında “Capital Gazette” nəşrinin redaksiyasında baş vermiş silahlı insident nəticəsində bir neçə nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, atəş açan şəxs saxlanılıb.

 

Hadisənin baş verdiyi Ann-Arandel dairəsinin polis şerifi Ron Beytman cinayətkarın redaksiyadan kənarda saxlanıldığını bildirib.      

 

Yerli KİV-lər insident nəticəsində həmçinin çoxlu sayda yaralıların olduğunu bildirirlər.

  

 Təfərrüatlar hələlik açıqlanmır.  

 

# 345
avatar

Oxşar yazılar