<b>Prezident İmran Qasımovun 100 illiyi ilə bağlı sərəncam imzaladı</b>
28 iyun 2018 18:02 (UTC +04:00)

Prezident İmran Qasımovun 100 illiyi ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq yazıçısı İmran Qasımovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməyi öz öhdəsinə götürüb.

 

 

# 670
avatar

Oxşar yazılar