[b]"Survivor" yarışmasında faciə: operator qətlə yetirildi[/b]
28 iyun 2018 13:01 (UTC +04:00)

[b]"Survivor" yarışmasında faciə: operator qətlə yetirildi[/b]

"Survivor" yarışmasının Dominikan Respublikasında davam edən çəkilişlərində dəhşətli hadisə baş verib.
 
 
 
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, yarışmanın operatoru Alper Baycın iki nəfərin hücumuna məruz qalıb.
 
Şahidlərin sözlərinə görə, qəsbkarlar onun çantasını oğurlamaq istəyib. Özünü müdafiə edən operator ürəyindən bıçaqlanıb və yerindəcə keçinib.
 
 
 
Hadisə ilə əlaqədar bugünkü 1/4 final gecəsinin canlı yayımı ləğv edilib. Layihə rəhbəri və aparıcı Acun Ilıcalı baş verən hadisə barədə qısa açıqlama verib:
 
 
 
"Ötən gün çox üzücü bir hadisə yaşadıq. Çox dəyərli dostumuzu itirdik. Komandamız çox kədərlidir. Danışa bilmirik. Taleyə inanan adamam. Hər birimizin ömrü bir gün bitəcək. Amma belə ani vəziyyət komandamızı çox sarsıtdı. Ailəsinə dərin hüznlə başsağlığı veririk".
# 361
avatar

APA TV

Oxşar yazılar