Ermənistanda DTX-nın sabiq sədr müavini saxlanıldı
28 iyun 2018 11:35 (UTC +04:00)

Ermənistanda DTX-nın sabiq sədr müavini saxlanıldı

Ermənistanda Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş müavini Vaşaqan Qazaryan saxlanılıb.

 

Lent.az news.am-a istinadən bildirir ki, iyunun 28-də həbs edilən 2 dönəm DTX-nın sədr müavini vəzifəsində çalışmış Qazaryan külli miqdarda mənimsəmə və rüşvət almaqda ittiham edilir.

Evində axtarış aparılarkən onun qarajından hər birində 110 min 400 dollar, 230, 500  və 21 min dollar olmaqla üç pul torbası aşkar edilib.

Qazaryanın ümumilikdə 436 milyon vəsaiti mənimsədiyi bildirilir.


Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin Xüsusi İstintaq Xidməti nazir müavininin saxlanılması ilə bağlı xəbəri təsdiq edib.

 

# 254
avatar

Tural TURAN

Oxşar yazılar