Avropanın 18 bombardiri
28 iyun 2018 10:59 (UTC +04:00)

Avropanın 18 bombardiri

Avrokubokların yeni mövsümünün startı ilə əlaqədar qitə miqyaslı turnirlərin ən məhsuldar oyunçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA qitənin klub turnirlərində 50 və daha çox qol vuranların siyahısını tərtib edib.

 

Söhbət Çempionlar Liqası (əvvəlki Çempionlar kuboku), Avropa Liqası (UEFA kuboku), Kuboklar kuboku, İntertoto kuboku, Superkubok və Qitələrarası kubok yarışlarından gedir. Bəzilərinin UEFA kubokunun sələfi saydığı Yarmarkalar kuboku, həmçinin Klublararası dünya çempionatında vurulan qollar isə nəzərə alınmayıb.

 

Siyahıya portuqaliyalı Kriştianu Ronaldo başçılıq edir. Onun hesabında 123 top var. “100” səddini adlayan digər ulduz Lionel Messi ondan 20 top geri qalır.

 

Ümumilikdə isə 18 futbolçu 50 qol səddini fəth edib.

 

UEFA klub turnirlərində 50 və daha çox qol vuranlar

1. Kriştianu Ronaldo - 123

2. Lionel Messi – 103

3. Raul Qonzales – 77

4. Filippo İnzaqi – 70

5. Andrey Şevçenko – 67

6-7. Ruud van Nistelroy - 62

Herd Müller - 62

8-9. Tyerri Anri – 59

Henrik Larson – 59

10-12. Zlatan İbrahimoviç – 56

Eysebio – 56

Kərim Benzema - 56

13. Alesandro Del Pyero - 54

14. Serxio Aquero - 53

15. Robert Levandovski - 52

16-18. Didye Droqba – 50

Klaas-Yan Huntelaar – 50

Alfredo di Stefano - 50

# 298
avatar

ApaSport TV

Oxşar yazılar