DÇ-2018-də ilk məşqçi istefası reallaşdı
27 iyun 2018 19:16 (UTC +04:00)

DÇ-2018-də ilk məşqçi istefası reallaşdı

Misir yığmasının baş məşqçisi Ektor Kuper tutduğu postdan azad edilib. Apasport.az-ın Misir Futbol Federasiyasının saytına istinadən məlumatına görə, tam tərkibli iclasdan sonra bu yöndə qərar alınıb.

 

“Rusiyadan qayıtdıqdan sonra görüş keçirdik və hamılıqla Ektor Kuper və məşqçi heyəti ilə sağollaşmaq qərarına gəldik. Məşqçinin işini yüksək qiymətləndiririk. Onun sayəsində 3 il sonra Afrika Millətlər Kubokuna, 28 il sonra isə dünya çempionatına vəsiqə qazandıq” – deyə, bəyanatda qeyd olunub.

Xatırladaq ki, Misir yığması Ektor Kuperin rəhbərliyi altında dünya çempionatı çərçivəsində çıxdığı hər üç görüşdə (Rusiya, Uruqvay, Səudiyyə Ərəbistanı) məğlub olmuşdu.

# 368
avatar

Oxşar yazılar