“Qarabağ”ın yeni hədəfi - <span style="color:red;">Lebohanq Maboe
27 iyun 2018 14:54 (UTC +04:00)

“Qarabağ”ın yeni hədəfi - Lebohanq Maboe

“Qarabağ” hücumçu axtarışlarını davam etdirir. Apasport.az saytının Cənubi Afrika Respublikasının (CAR) mətbuatına istinadən məlumatına görə, Ağdam təmsilçisi bu ölkədən oyunçu almaqda maraqlıdı.

 

Xama Billiatla anlaşa bilməyən Azərbaycan çempionu indi də “Maritsburq Yunayted”in üzvü Lebohanq Maboeyə “elçi düşüb”. Lakin bu mübarizədə təmsilçimiz tək deyil. Belə ki, Belçika klubu “Ostende” də 23 yaşlı oyunçunun xidmətində maraqlıdı.

 

 

Bildirilir ki, Dino Ndlovunun gedişindən bəri hücumçu axtarışında olan “Qarabağ” elə o vaxtdan Maboeni “qaralayıb”. Belə ki, ağdamlılar bu ilin yanvarından bəri futbolçunun çıxışını diqqətlə izləyir. Lakin problem ondadı ki, Maboenin klubu ilə müqavilə müddəti gələn ilin yayına qədərdi və bunun daha bir il uzadılması şərti var. “Qarabağ” rəhbərliyi də futbolçunun müqavilə şərtlərini araşdırıb.

 

“Maritsburq Yunayted” Maboenin qalmasının tərəfdarı olsa da, onun üçün gələcək təklifləri dəyərləndirməyə də hazırdı.

 

Qeyd edək ki, Lebohanq Maboe “Maritsburq Yunayted”ə 2016-cı ildə CAR-ın digər klubu “Mbombela Yunayted”dən keçib.

# 278
avatar

Oxşar yazılar