İllər sonra tarzən Humay Qədimovadan – <span style="color:red;">“Yumul bənövşəm”  - <span style="color:red;">VİDEO  - <span style="color:red;">FOTO
27 iyun 2018 13:02 (UTC +04:00)

İllər sonra tarzən Humay Qədimovadan – “Yumul bənövşəm” - VİDEO - FOTO

Tarzən Humay Qədimova yeni klipini təqdim edib. Lent.az-ın məlumatına görə, ekran işində bəstəkar Aydın Ağasıyeva məxsus olan xalq artisti Nisə Qasımovanın vokal ifasında dinlədiyimiz “Yumul bənövşəm” kompozisiyasını Humay Qədimova tarda təqdim edir. Xanım tarzən bildirib ki, mahnını Nisə Qasımovanın ifasında sevib və onu tarda iaf etməyə qərar verib: “Bir ildən artıqdır bu mahnı mən də hazır vəziyyətdə idi. Çalışırdım ki, bunu klip şəklində ərsəyə gətirim. Bunun üçün də yaz-yay fəslini gözləyirdik ki, biz yumul bənövşəni canlı olaraq çəkə bilək. Klipin çəkilişlərini də qapalı, çiçəkli bir yerdə çəkdik”.

Humay Qədimova deyib ki, “Yumul bənövşəm” üçün hazırlanan ekran işi neçə illik fasiləsinə son qoydu: “İlk klipim musiqisi Kamala, sözləri Baba Vəziroğluna məxsus olan “Nigaranam”a oldu. Artıq neçə il keçib. Yaradıcı insanlar hər zaman istəyir ki, hansısa bir işi ortaya qoyanda maraqlı və dadlı-duzlu olsun. Eyni zamanda insanlar tərəfindən qəbul olunsun. Ümid edirəm bu işimiz də tamaşaçılar tərəfindən bəyəniləcək”.

 

Klipin rejissoru Vüsalə Mirzəyevadır.

 

# 565
avatar

Oxşar yazılar