Abdullah Zubir rəsmən “Qarabağ”da
26 iyun 2018 18:42 (UTC +04:00)

Abdullah Zubir rəsmən “Qarabağ”da

“Qarabağ” fransalı Abdullah Zubir ilə müqaviləni rəsmiləşdirib. Apasport.az klubun saytına istinadən məlumat verir ki, Ağdam təmsilçisi Mərakeş əsilli yarımmüdafiəçi ilə 2 illik anlaşıb.

 

Son klubu “Lans” olan Zubir karyerası ərzində “Qrenobl”, “İstr”, “Hibernian” və “Petrolul”da da çıxış edib. 27 yaşlı futbolçu pleymeyker və vinger mövqelərində oynamağı bacarır.

 

O, “Lans” heyətində keçirdiyi 70 oyunda 6 qol vurub, 12 məhsuldar ötürmə edib.

# 335
avatar

ApaSport TV

Oxşar yazılar