Avstraliyalı bir ay ərzində 3 dəfə lotereyada udub
26 iyun 2018 04:48 (UTC +04:00)

Avstraliyalı bir ay ərzində 3 dəfə lotereyada udub

Avstraliya sakini Karlo Massetti bir ay ərzində 3 dəfə lotereyada qalib gəlib.

 

Lent.az-ın “Trend”ə istinadən məlumatına görə, Sidney şəhərinin 59 yaşlı sakini ilk dəfə iki bilet alıb və ikisi də uduşlu olub. Ümumilikdə iki bilet ona 2,5 milyona yaxın Avstraliya dolları qazandırıb.

 

Bundan sonra o 3-cü bileti alıb və yenidən bilet uduşlu olub. Bu bilet isə ona 48 min avstraliya dolları qazandırıb.

 

K.Massetti qazandığı pulun 50 min dollarını yerli xəstəxanaya ayırıb.

 

# 235
avatar

Oxşar yazılar