“Eurovision 2019”un keçiriləcəyi şəhər dəyişdirildi
26 iyun 2018 02:43 (UTC +04:00)

“Eurovision 2019”un keçiriləcəyi şəhər dəyişdirildi

“Eurovision 2019” mahnı müsabiqəsi, güman ki, Təl-Əvivdə keçiriləcək".

 

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Maliyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, təşkilatçıların tələblərinə cavab verən yeganə məkan Təl-Əvivdədir.

 

Qeyd edək ki, bu il Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision-2018” mahnı müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta olub. O,  “TOY”  ("Oyuncaq") mahnısını ifa edərək, 529 xalla yarışmada birinci yerə çıxıb. Bundan sonra İsrailin baş naziri Binyamin Netenyahu “Twitter” hesabında Nettanı təbrik edib və müsabiqənin gələn il Qüdsdə keçiriləcəyini bəyan edib.

 

Lakin sonra “Eurovision” mahnı müsabiqəsinin təşkilatçıları və Avropa Yayım Birliyi (AYB) müsabiqənin Qüdsdə keçirilməsinə razılıq verməyib. Təşkilatçılar və AYB yarışın hər hansı münaqişələrə və ya etirazlara yol aça biləcək məkanda keçirilməsinə qarşı olduğunu bildiriblər. Eyni zamanda qeyd edilib ki, İsrail konkursu Qüdsdə keçirsə, bir çox Avropa ölkələri mahnı müsabiqəsini boykot edə bilər.

 

# 404
avatar

Oxşar yazılar