Kim Çen Inın oxşarı Rusiya-Uruqvay matçında  - VİDEO
25 iyun 2018 21:34 (UTC +04:00)

Kim Çen Inın oxşarı Rusiya-Uruqvay matçında - VİDEO

Samara şəhərindəki eyniadlı arenada Rusiya və Uruqvay yığmaları arasında keçirilmiş dünya çempionatının III tur matçında KXDR lideri Kim Çen Inın oxşarı iştirak edib.

 

Lent.az-ın "report"a istinadən məlumatına görə, xarici görkəmindən Şimali Koreyanın dövlət başçısına çox bənzəyən şəxs azarkeşlərlə şəkil çəkdirməkdə fəal olub.

 

Onun haradan gəldiyi bilinmir.

 

Sosial şəbəkələrdə "KXDR-in ali rəhbəri"nin iştirakının da Uruqvayla görüşdə Rusiyaya yardımçı olmadığına dair zarafatlar edilib.

 

Görüş cənubi amerikalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Uruqvay A qrupunda 1-ci, Rusiya isə 2-ci yerin sahibi kimi 1/8 finala yüksəlib.

 

 

# 340
avatar

Oxşar yazılar