Türkiyədə qadın deputatların sayı artdı
25 iyun 2018 19:35 (UTC +04:00)

Türkiyədə qadın deputatların sayı artdı

Ötən gün Türkiyədə keçirilən seçkilərdən sonra qadın millət vəkillərinin sayının artdığı məlum olub.

 

Lent.az sozcu.com.tr-yə istinadla bildirir ki, 24 iyun seçkilərindən sonra Türkiyə Böyük Millət Məclisində (TBMM) qadın millət vəkillərinin sayı 96-ya yüksəlib. Bundan əvvəlki dönəmdə isə qadın deputatların sayı 82 olub.

 

24 iyun seçkilərindən 1 gün sonra hakim Ədalət və İnkişaf Partiyasının 24, HDP 24, CHP 18, MHP 4, İYİ Partiyasının 2 qadın üzvünü məclisə göndərdiyi təsdiqini tapıb.

 

# 363
avatar

Tural TURAN

Oxşar yazılar