Ermənistanda keçmiş döyüşçülər aksiyaya başladı
25 iyun 2018 19:02 (UTC +04:00)

Ermənistanda keçmiş döyüşçülər aksiyaya başladı

Ermənistanda keçmiş döyüşçülər aksiyaya başlayıb.

 

Lent.az news.am-istinadən bildirir ki, Yerkrap Könüllülər Birliyinin üzvləri İrəvanda aksiya keçirir. Aksiyaya səbəb bir həftə əvvəl deputat toxunulmazlığı əlindən alınan və həbs edilən Manvel Qriqoriyanın azadlığa buraxılmasıdır.

 

Aksiyaçılar həbs edilmiş könüllülər birliyinin rəhbərinin, eləcə də daha əvvəl həbs edilmiş keçmiş Qarabağ döyüşçülərinin dərhal azadlığa buraxılmasını tələb edir.

 

 

Xatırladaq ki, Manvel Qriqoryan qanunsuz silah saxlamaqda və külli miqdarda özgə əmlakını mənimsəməkdə ittiham olunur.

 

# 294
avatar

Tural TURAN

Oxşar yazılar