[b]Roza onu TƏNQİD ETDİ: "Mənim üçün ulduz deyil" - VİDEO[/b]
25 iyun 2018 12:36 (UTC +04:00)

[b]Roza onu TƏNQİD ETDİ: "Mənim üçün ulduz deyil" - VİDEO[/b]

Müğənni Roza Zərgərli həmkarı Günay İbrahimlini tənqid edib. Lent.az-ın məlumatına görə, “ATV maqazin onlarla” verilişinə açıqlama verən R.Zərgərli G.İbrahimli barədə bu sözləri deyib:

 

"Zaman gəlir, övladlarımız tez böyüyür. Amma tez böyüyən övladları qəbul etmirəm. "Eurovision"a hazırlıq dövründə mən ona 5000 manatlıq səs göndərmişəm. Evdə bunu sübut edəcək kağızlarım da var. O dövr bitdi, birinci təqdimat oldu və Roza xanım oldu Roza. Buna görə də övladlar tez böyüməməlidir. Mənim üçün Günay ulduz deyil. Ulduz anlamının nə olduğunu qarşıdakı şəkillərdə deyəcəm. Onun üçün səs göndərən Roza xanım idisə, bir həftə sonra Roza olmamalı idi. 

Məşhurluq insanı çaşdırmamalıdır. Biz 18 ildir özümüzü tamaşaçı qarşısında sübut edirik, başqası 4-5 ildir... Günayın "Kaderinlə barış" mahnısını bir insana görə istəyərdim birinci edəm, o da Aygün Səmədzadədir. Amma məndə kiməsə, nəyəsə görə hörmət qoymaq məsələsi yoxdur. İnsanın özünə görə hörmət qoyuram".

 

# 413
avatar

Yalçın UĞUR

Oxşar yazılar