[b]DÇ-2018:[/b] [b]Bombardirlər yarışında dəyişiklik[/b]
24 iyun 2018 21:38 (UTC +04:00)

[b]DÇ-2018:[/b] [b]Bombardirlər yarışında dəyişiklik[/b]

DÇ-2018-in bombardirlər yarışında dəyişiklik olub.

 

Apasport.az saytının məlumatına görə, oyun gününə 4 qolla şərikli lider kimi girən Romelu Lukaku (Belçika) və Kristiano Ronaldo (Portuqaliya) zirvədəki yerlərini təhvil verməli olublar.

 

Belə ki, İngiltərə - Panama matçında 3 qol vuran Harri Keyn ümumi qollarının sayını 5-ə çatdıraraq birinci pilləyə yüksəlib. “Tottenhem”in forvardı bununla da bombardirlər yarışında liderliyi ələ alıb.

 

Qeyd edək ki, qrup mərhələsinin 3-cü turunda Lukaku və Keyn Belçika və İngiltərə millilərinin heyətində bir-birilərinə rəqib olacaqlar.

 

# 356
avatar

Oxşar yazılar