Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir YENİLİK
24 iyun 2018 10:37 (UTC +04:00)

Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir YENİLİK

Bu gündən Səudiyyə Ərəbistanında qadınlar avtomobil idarə etmək hüququ alıb.

 

APA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, kral Salmanın qadınların avtomobil idarə etməsinə qoyulan qadağanın ləğvi barədə fərmanı iyunun 24-dən qüvvəyə minib.

 

Bu, şahzadə Məhəmməd ben Salmanın təşəbbüsü ilə 2016-cı ildə qəbul edilən "Vision 2030" proqramı çərçivəsində nəzərdə tutulan əsas addımlardan biridir. Proqramda əsas məqsəd Səudiyyə Ərəbistanının neftdən asılılığını aradan qaldırmaq, dünyanın ən müasir iqtisadiyyatlarından birinə çevrilməkdir.

# 340
avatar

APA Baycan

Oxşar yazılar