Jurnalistlər "Sınıq körpü" gömrük postunda olublar
23 iyun 2018 13:48 (UTC +04:00)

Jurnalistlər "Sınıq körpü" gömrük postunda olublar

Bu gün kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsinin Azərbaycanın Gürcüstan ilə dövlət sərhədində yerləşən Tovuz Gömrük İdarəsinin "Sınıq körpü" gömrük postuna səfəri təşkil edilib.

 

"APA-Economics"in məlumatına görə, məqsəd media nümayəndələrinə gömrük prosedurlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) ilə idarə olunmasını, sərhədkeçmə prosesini, gömrük nəzarəti prosedurlarını əyani şəkildə nümayiş etdirmək, bu proseslərin icrası zamanı şəffaflığın tam təmin olunduğu barədə məlumatlandırmaq olub.

 

Media nümayəndələrinə məlumat verilib ki, gömrük postunda bütün proseslər informasiya-kommunikasiya texnologiyalarının tam tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirilir. Ölkənin gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı xüsusi müşahidə kameraları ilə VAİS-ə daxil edilir və nəqliyyat vasitəsinin çəkisi müəyyən edildikdən sonra "bir pəncərə" sistemi vasitəsilə qeydiyyat işləri qısa zamanda başa çatdırılır. Fiziki baxış keçirildikdən sonra isə mexaniki-elektron kilidlə (GPS) təmin edilən nəqliyyat vasitəsi təyinat gömrük orqanına yola salınır və bu proses avtomobil və yükə dair sənədlər qaydasında olduğu halda 15 dəqiqə ərzində yekunlaşdırılır.

# 341
avatar

APA Baycan

Oxşar yazılar