Türkiyənin tanınmış aktyoru Burak Özçivit barədə yeni xəbər var. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, qonşuları aktyordan şikayətçidir. Buna səbəb aktyor 6 maşınını yaşadığı binanın parkinqində saxlamasıdır. B.Özçivitin qonşuları öz avtomobillərini yeraltı qarajda saxlamağa yer tapmırlar. Qonşuları dəfələrlə aktyorun bu addımına etiraz edib və Özçivit çıxış yolunu iki maşını satmaqda görüb.