<b>“Oğlum yaxşı kişi olsaydı, arvadı qaçmazdı” – <span style="color:red;">Əli Mirəliyev  - <span style="color:red;">VİDEO</b>
22 iyun 2018 11:07 (UTC +04:00)

“Oğlum yaxşı kişi olsaydı, arvadı qaçmazdı” – Əli Mirəliyev - VİDEO

Müğənni Əli Mirəliyev nəvəsinin gəlini tərəfindən tərk edilməsindən danışıb. Lent.az-ın məlumatına görə, “Səhər-səhər” verilişində ifaçı bu sözləri deyib: 

“Əgər ana uşağını tərk edib gedirsə o kimə bağlanmalıdır? Nənəyə, babaya. 12-13 yaşından tərk edib gedib. Amma hansı ana balasını qoyub gedə bilər? Heç olmasa arada gəl gör, axı sən onu 9 ay bətnində gəzdirmisən? Bütün dünyanı gəzir. İş adamıdır, işləyir, yaxşı da işi var. Qəyyumluq üçün sənəd lazım olub, nənəsi anasına zəng edib deyib ki, gəl sənəd üçün lazımsan. Heç görüşməyib uşaqla da, baxıb çıxıb gedib. Uşağın günahı Əli Mirəliyev olmasıdır.

Mənim oğlum da günahkardır. Hansı arvad evdən qaçar? Pis kişidən qaçar da. Mən bunu da deyirəm. Deməli mənim oğlum işini düzgün qurmayıb. Evdən çıxıb paltarlarını, uşağa alınan bahalı telefonu da vermiyib ona. İldən çoxdur ki, uşaqdan imtina edib. Atası, anası qızlarına deyir ki, sən özün gəl amma o uşağı gətirmə. Heç yeməy də vermirdilər buna”.

 

# 472
avatar

Yalçın UĞUR

Oxşar yazılar