<span style="color:red;">Kriptovalyuta  - Azərbaycan bazarına gedən yolda - <span style="color:red;">TƏHLİL
22 iyun 2018 10:37 (UTC +04:00)

Kriptovalyuta - Azərbaycan bazarına gedən yolda - TƏHLİL

Bir zamanlar, kriptovalyuta barəsində az adam bilirdi. Lakin son 3-4 il ərzində vəziyyət kəskin dəyişdi. Bu gün kriptovalyuta dünya maliyyə bazarının əsas trendidir və onun barəsində xəbərlər dünya mətbuatının əsas gündəmindədir. İqtisadi analitiklərin kriptovalyutanın sərfəli investisiya olub-olmaması barəsində fikirləri çox fərqlənir. Onlardan bəziləri hesab edirlər ki, bu gec ya tez dağılacaq sabunlu qabarcıqdır və hətta onu mövcud maliyyə sistemi üçün təhlükə hesab edərək, bütün dünya iqtisadiyyatını dağıda biləcəyini düşünürlər. Digərləri əmin edirlər ki, kriptovalyutanın parlaq gələcəyi vardır və onun qiymətinin artacağını gözləyirlər.
 
 
 
Həqiqətən də, kriptovalyuta barəsində narahatlıq yaradacaq bir çox suallar vardır. Heç bir təşkilat və ya dövlət kriptovalyutaya nəzarət etmir və onun hərəkətini izləmək mümkün deyildir. Bu, hamı üçün sərbəst girişi olan müstəqil bir sistemdir. Buna görə də bəzi dövlətlər ehtiyat edirlər ki, kriptovalyutadan çirkli pulların yuyulması və terror təşkilatlarına vəsaitlərin köçürülməsi üçün istifadə oluna bilər. Bəzi dövlətlər, misal üçün Çin və Vyetnam ona qadağa qoymağa üstünlük vermişlər. Lakin mən düşünürəm ki, zaman keçdikcə bu problemin həlli tapılacaq.
 
 
 
Bundan başqa, kriptovalyutanın kursuna təsir göstərəcək aşkar amillər yoxdur. Bu bazar iri oyunçuların spekulysiyasından çox asılıdır. Misal üçün, bəzi ekspertlər deyirlər ki, hal-hazırda dünyada ən məhşur ikinci kriptovalyuta olan Ripple valyutasının yaradıcısı bu valyutanın iri bir paketini özündə saxlayır və o iri məbləğlər alan və ya satan zaman bunun kursa güclü təsiri olur. Bundan başqa, kütləvi informasiya vasitələrinin yaydığı istənilən xəbər və ya şayiə kriptovalyutanın qiymətinin enməsinə və ya qalxmasına səbəb ola bilər.
 
 
 
Halbuki, hal-hazırda kriptovalyutanın yuxarı qalxması hərəkəti müşahidə olunur. Misal üçün, 2017-ci ildə bitkoin təxminən 17 dəfə artmışdır və bu tendensiyanın ən azı növbəti 5-10 il ərzində davam edəcəyini gözləyirəm.  Nəticə etibarı ilə, çox güman ki, kriptovalyutaya olan tələbat artmaqda davam edəcək.
 
 
 
Azərbaycan kriptomaniyadan kənarda qalmamışdır. Artıq kriptovalyutaya investisiyanın yatırılmasında maraqlı olan fiziki şəxslər tərəfindən banklara sorğular daxil olmuşdur.
 
 
 
Halbuki, belə bir əməliyyat üçün yerli platforma hələ də yoxdur və müvafiq olaraq dövlətdə kriptovalyutanın nə qədər populyar olması barəsində də statistika yoxdur. Hal-hazırda azərbaycanlı treyderlər yalnız vasitəçi-xarici saytlar vasitəslə kriptovalyutalar əldə edə bilirlər ki, bunun da müəyyən riskləri vardır, belə ki, real pullar qoyulur, lakin bu saytlardan zəmanət verilmir. Köçürmədə hər hansı problem yaranan zaman, onu həll etmək çox çətin olacaq.
 
 
 
Lakin çox tezliklə vəziyyət dəyişəcək. Hal-hazırda mən MuganBankda kriptovalyutaların alqı-satqısı üçün xüsusi platformanın qurulması üzərində çalışan bank mütəxəssislərindən ibarət bir komandaya rəhbərlik edirəm.  Biz bu yaxınlarda bu platformanı işə salmağı planlaşdırırıq. Bu, Azərbaycanda ilk kriptovalyuta birjası olacaq və bütün arzu edənlər giriş əldə edəcəklər. Birinci mərhələdə ən məhşur kriptovalyutalar ilə ticarətin təşkili planlaşdırılır, sonra isə tələbat artdıqca yenilərini əlavə edəcəyik. İstənilən digər valyutalar və ya bahalı metallar kimi kriptovalyutanın da ticarəti manat, dollar, avro və s. ilə aparılacaq. Kriptovalyutaların alış-verişi birjadakı istənilən digər alış-veriş ilə eyni sxem üzrə aparılacaq – yerli investorlar üçün bu sadə olacaq və hər-hansı problem yaranan zaman onlar birbaşa olaraq bankla əlaqə yarada biləcəklər. Bundan başqa, bizim maliyyə mütəxəssislərimiz kriptovalyuta ilə bağlı konsultasiyalar aparmağa və bu investisiyaların mənfi və müsbət tərəflərini, risklərini izah etməyə hazır olacaqlar.
 
 
 
MuganBankda kriptovalyutaların alış-verişi blokçeyn texnologiyasından istifadə etməklə həyata keçiriləcək. Bu tamamilə yeni texnologiyadır ki, bütün kriptovalyutaların işlənib hazırlanması üçün bundan istifadə olunub, və hətta texniki baxımdan Azərbaycana nisbətən daha çox inkişaf etmiş bir çox dövlətlər hələ o qədər bu texnologiya ilə yaxşı tanış deyillər. Blokçeyn sistemi kiberhücumlara qarşı tamamilə qorunub. O, təxminən beş il əvvəl yaradılmışdır və bu müddət ərzində bir neçə dəfə haker hücumuna məruz qalmış, lakin bütün bu cəhdlər uğursuz alınmışdır. Bu gün blokçeyn - ən təhlükəsiz sistemdir. İndi dünyada böyük banklar və korporasiyalar bu sistemi sınaqdan keçirir və test rejimində tətbiq edirlər və onlardan bir çoxunda artıq bu sistem barəsində müsbət rəylər yaranmışdır.
 
 
 
Blokçeyn sisteminin Azərbaycanda tətbiqi Richmond Group şirkətinin təşəbbüsü ilə başlanmışdır. Bu texnologiyadan istifadə dövlətin bank sistemini tamamilə dəyişəcək. Blokçeyndən, eyni zamanda, iqtisadiyyatın digər sahələrində, habelə – misal üçün, sənədlərin qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi zamanı, seçkilərin aparılması zamanı da istifadə etmək mümkündür. Bu sistemi ASAN xidmətdə və elektron hökumət sistemlərində asanlıqla tətbiq etmək olar və o istənilən prosesin tam şəffaflığını təmin edəcək. Biz hesab edirik ki, bank sistemi tərəfindən qəbul edildikdən sonra Azərbaycanda bu, blokçeyn texnologiyasının tətbiqinin ikinci mərhələsi ola bilər. Hal-hazırda Richmond Group blokçeynin ölkədə inkişaf etdirmək və yerli banklar və hökumət strukturları üçün bu sistemin tətbiqinə dair təkliflər paketinin hazırlanmasını planlaşdırır. Mənim fikrimcə, bu, çox böyük perspektivlərə malik olan gələcəyin texnologiyasıdır.
 
 
 
Kamran Qasımov
 
 
 
Bank analitiki
 
 
 
Kamran Qasımov MuganBankda idarə heyəti sədrinin müşaviri və bank məhsullarının yaradılması və satış kanallarının inkişafı üzrə direktorudur. O, eyni zamanda Accounting and Tax Resources şirkətinin həmtəsisçisi və inkişaf üzrə direktoru və Richmond Group şirkətinin təsisçisi və direktorudur.
# 606
avatar

APA Baycan

Oxşar yazılar