Tramp müşavirini Moskvaya göndərir
22 iyun 2018 07:54 (UTC +04:00)

Tramp müşavirini Moskvaya göndərir

 

 

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Moskvaya səfər edəcək. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Qarret Markuis “Tvitter” səhifəsində bildirib. Onun sözlərinə görə, səfərin məqsədi D.Trampın rusiyalı həmkarı Vladimir Putinlə mümkün görüşünü müzakirə etməkdir.     

 

Onun sözlərinə görə, C.Boltonun Rusiyaya səfəri iyunun sonuna planlaşdırılıb.

 

Qeyd edək ki, D.Tramp bundan əvvəl iyulda V.Putinlə görüşmək imkanını nəzərdən keçirdiyini bildirib.

 

# 227
avatar

Oxşar yazılar