Mahaçqalada atışma
22 iyun 2018 04:32 (UTC +04:00)

Mahaçqalada atışma

Mahaçqala şəhərinin küçələrinin birində dava zamanı atəş nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Bu haqda Trend respublikanın hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.
 
 
"Mahaçqala şəhərinin Şaboldayev küçəsində cümə axşamı günorta saatlarında silahlı insident nəticəsində iki kişi yaralanıb. Onlardan biri xəstəxanada həyatını itirdi. Hadisə yerindən güllə gilizləri götürülüb", - deyə mənbə xəbər verir.
 
 
Atışma iştirakçılarının bir neçəsi cinayət yerindən qaça bilib. Şəhərdə axtarış tədbirləri aparılır.
# 323
avatar

Oxşar yazılar