DÇ-2018: Peru da “karvana” qoşuldu
21 iyun 2018 21:49 (UTC +04:00)

DÇ-2018: Peru da “karvana” qoşuldu

DÇ-2018-də C qrupunda da ikinci tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Fransanın Peru üzərində 1:0 hesablı qələbəsi ilə başa çatan turdan sonra qrupdakı ilkin vəziyyətə aydınlıq gəlib.

 

Belə ki, hər iki matçında qələbə qazanan Fransa 6 xalla qrupdan çıxmağı təmin edib. Peru isə iki oyundan sonra 0 xalla mundialla vidalaşıb.

 

Avstraliya ilə 1:1 hesablı bərabərliyə razılaşan Danimarka xalını 4-ə yüksəldərək şansını son matça saxlayıb. Bir xalı olan “kenqurular” da axırıncı oyun öncəsi ümidlidi. Bunun üçün Bert Van Marveykin yetirmələri Peruya qalib gəlməli, digər matçda isə Fransaya azarkeşlik etməlidir.

 

Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanı, Misir və Mərakeşin də DÇ-2018-lə erkən vidalaşacağı bəlli olmuşdu.

 

# 266
avatar

Oxşar yazılar