Aygün Kazımova Toliki "blok"a atdı
21 iyun 2018 19:55 (UTC +04:00)

Aygün Kazımova Toliki "blok"a atdı

Xalq artisti Aygün Kazımova prodüser Tolik ( Tarix Əliyev ) arasında soyuq küləklər əsir. Lent.az-ın məlumatına görə, prodüser bu gün “Hər şey daxil” verilişində deyib ki, xalq artisti onu sosial şəbəkədə “blok”a atıb: “İnstaqramda aqresiv olmayan müğənni Aygün Kazımovadır. Onun fotolarının altına baxın, mindən çox şərh var, çoxu da təhqirdi. Amma heç birini “blok” etmir. Baxmayaraq ki, məni edib. Yəqin özü yox, yanında işləyənlər edib. İndi onlar yoxdular, amma mən varam”.

 

 

Qeyd edək ki, A.Kazımova ilə Tolik uzun müddət birgə çalışıblar.

 

# 389
avatar

Yalçın UĞUR

Oxşar yazılar