[b]DÇ-2018:[/b] [b]Argentina Xorvatiyaya qarşı[/b]
21 iyun 2018 07:30 (UTC +04:00)

[b]DÇ-2018:[/b] [b]Argentina Xorvatiyaya qarşı[/b]

Dünya çempionatının qrup mərhələsində bu gün növbəti oyunlar keçiriləcək.

 

Apasport.az saytının məlumatına görə, “C” qrupunda II tura yekun vurulacaq, “D” qrupunun bir görüşü baş tutacaq.

 

İlk turda Peru üzərində minimal hesablı qələbə qazanan Danimarka bu dəfə mundiala məğlubiyyətlə başlayan Avstraliya ilə üz-üzə gələcək.

 

Birinci qarşılaşmasında çətin qələbə qazanan Fransa Perunu sınağa çəkəcək. Fransa və Danimarka növbəti qələbəni əldə edəcəkləri təqdirdə, 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirəcəklər.

 

Dünya çempionatına gözlənilmədən xal itkisi ilə başlayan Argentina prinsipial görüşə çıxacaq. Lionel Messinin komandası qrupun favoritlərindən sayılan və birinci matçda 3 xal qazanan Xorvatiya ilə üz-üzə gələcək. Cənubi Amerikalılar şansı möcüzəyə saxlamamaq üçün mütləq qələbə qazanmalıdır.

 

 

Dünya çempionatı

 

II tur, 21 iyun

 

 

“C” qrupu

 

16:00. Danimarka - Avstraliya

 

Samara, "Kosmos Arena"

 

 

 

19:00. Fransa – Peru

 

Yekaterinburq, Mərkəzi stadion

 

 

 

“D” qrupu

 

22:00. Argentina – Xorvatiya

 

Nijni Novqorod. Şəhər stadionu

 

 

# 255
avatar

Oxşar yazılar