Prezident yol tikintisinə 5,4 milyon manat ayırdı
20 iyun 2018 18:08 (UTC +04:00)

Prezident yol tikintisinə 5,4 milyon manat ayırdı

Prezident İlham Əliyev İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi məqsədi ilə büdəcədn 5,4 milyon manatın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılması ilə bağlı sərəncam imzalayıb.

 

Maliyyə Nazirliyi və Nazirlər Kabinetinə bu aərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

# 441
avatar

Oxşar yazılar