Azərbaycana avtomobil idxalı 3 dəfə artıb
20 iyun 2018 15:23 (UTC +04:00)

Azərbaycana avtomobil idxalı 3 dəfə artıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana ümumilikdə 7 294 ədəd avtomobil idxal olunub.

 

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-may ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 4 637 ədəd  və ya 2,97 dəfə artıb.

 

Ölkəyə gətirilən avtomobillərin 37 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 6 464 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 743 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 50 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

# 421
avatar

APA Baycan

Oxşar yazılar