<b>Əli Mirəliyevin oğlu efirə gəldi: <span style="color:red;">"Hamamda çay içir, yemək yeyir"</b>
20 iyun 2018 12:39 (UTC +04:00)

Əli Mirəliyevin oğlu efirə gəldi: "Hamamda çay içir, yemək yeyir"

Müğənni Əli Mirəliyevin oğlu Taleh Mirəliyev “Səhər-səhər” verilişində qonaq olub. Lent.az-ın məlumatına görə, tanınmış ifaçının oğlu atası barədə danışıb: “Atama nə lazım olursa, onu edirəm. Halı pisləşən zaman qucağıma alıb, çarpayıya qoyuram. O da dərmanını içir və yatır. Mən ona kömək edirəm. Şükürlər olsun ki, indi yaxşıdır. Atam Mərdəkanda qalır, mən isə işlə bağlı şəhərdə. Həftədə 1 dəfə atamı görürəm”.

 

 

Ə.Mirəliyev də öz növbəsində övladı barədə danışıb: “Oğlumun və qızımın da musiqiyə marağı var. Amma bu oğlum çox ərköyündü. Hətta o hamam otağında olanda anası ona çay aparır. Nəinki hamamda çay içmək. Hətta çörəyi də orda yeyir, elə ordan da ora... Elə şey olar?”

 

# 521
avatar

Yalçın UĞUR

Oxşar yazılar