DİN Bakıda 3 nəfərin öldüyü hadisə barədə məlumat yaydı
21 iyun 2018 12:12 (UTC +04:00)

DİN Bakıda 3 nəfərin öldüyü hadisə barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 20-də saat 9 radələrində Xəzər rayonunun Dübəndi qəsəbəsi ərazisində Bakı şəhər sakini İsmixan Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə onun sərnişinlərindən - qızı Rəna və qardaşının arvadı Sona Əliyeva hadisə yerində ölüb, özü və digər sərnişini - arvadı Narıngül xəstəxanaya yerləşdirilib. İ.Əliyev xəstəxanada ölüb.

 

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

 

******

 

20 iyun

 

Bu gün səhər saatlarında Bakıda baş vermiş dəhşətli yol qəzasında yaralanan sürücü də vəfat edib. Lent.az xəbər verir ki, Xəzər rayonu ərazisində - Pirallahı yolunda sürətlə işıq dirəyinə çırpılan avtomobili idarə edən 33 yaşlı İsmixan Əliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, "VAZ 2106" markalı minik avtomobilinin qəzaya düşməsi nəticəsində sürücünün qardaşının həyat yoldaşı Sona Əliyeva və övladı, 4 aylıq Rəna hadisə yerində vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

*****

 

11:12

 

Bu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib. Lent.az xəbər verir ki, Pirallahı yolunda "VAZ 2106" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılıb. Zərbənin gücündən avtomobilin arxa oturacağında əyləşən gənc qadın və 4 aylıq körpəsi hadisə yerində vəfat edib. Sürücü isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onun vəziyyətrinin çox ağır olduğu bildirilir.

 

Qəzanı törədən sürücü vəfat edən uşağın atası olub.

 

Faktla bağlı araşdırma aparılır.

# 277
avatar

Nizam Rza

Oxşar yazılar