<b>Müğənni Tunar ailə qurdu - <span style="color:red;">TOYDAN FOTOLAR</b>
20 iyun 2018 10:08 (UTC +04:00)

Müğənni Tunar ailə qurdu - TOYDAN FOTOLAR

Bəstəkar-müğənni Tunar Rəhmanoğlu ötən gün subaylığın daşını atıb. Lent.az-ın məlumatına görə, ifaçı sevdiyi Ülviyyə xanımla nikah masasına oturub. Paytaxt məkanlarının birində keçirilən məclisə şou-biznesin bir çox tanınmış simaları qatılıb.

 

Qeyd edək ki, cütlüyün nişanı apreldə, nikahı isə mayda olub. Ötən ay Tunar özünə oğlan toyu da etmişdi. Onun ailə qurduğu xanım müəllimədir.

 

# 539
avatar

Yalçın UĞUR

Oxşar yazılar