<b>Müğənnimizin itmiş pul kisəsini tapan ekstrasensi ildırım vurdu - <span style="color:red;"> FOTO </b>
19 iyun 2018 12:58 (UTC +04:00)

Müğənnimizin itmiş pul kisəsini tapan ekstrasensi ildırım vurdu - FOTO

Azərbaycanlı müğənni mənzurənin pul kisəsini axtaran ekstrasensi ildırım vurdu.

Lent.az-ın xəbərinə görə, ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonaqları Elşad Qarayev, Aslan Hüseynov və Mənzurə Musayeva olub.

“Səhər-Səhər” kollektivi sözügedən məşhurlarla bərabər Şəkinin Kiş kəndinə qonaq səfər ediblər. Olduqca maraqlı anlar yaşayan “Səhər-Səhər” kollektivi və məhşurların birlikdə əyləncəsi ekstrim maşınları ilə davam edib. Lakin bu xoş anlar çox uzun çəkməyib.

Belə ki, Mənzurə Musayevanın içərisində 8750 manat pulu olan, pul kisəsinin itməsi məşhurlar arasında gərginliyə səbəb olub. Bir-birindən şübhələnən məşhurlar günahı Mənzurənin diqqətsizliyində görüblər.

Daha sonra pul kisəsini tapmaq üçün aparıcı Elgiz Əkbərin məsləhəti ilə ektrasens dəvət olunub. Hadisə yerinə gələn ektrasens qollarını açaraq pul kisəsinin yerini müəyyənləşdirmək üçün hiss etməyə çalışıb. Elə həmin an ekstrasensi ildırım vurub. Yerə yıxılan ekstrasens qısa müddətdə huşunu itirib.

Daha sonra özünə gələn ekstrasens pul kisəsini ektrim maşının arxa baqajından taparaq müğənniyə təslim edib. 

Sözü gedən videonu təqdim edirik:​

 

# 601
avatar

Oxşar yazılar