Moskvada taksinin vurduğu azərbaycanlıların vəziyyəti qənaətbəxşdir
19 iyun 2018 00:29 (UTC +04:00)

Moskvada taksinin vurduğu azərbaycanlıların vəziyyəti qənaətbəxşdir

İyunun 16-da Moskvada taksinin piyada yoluna çıxaraq yeddi nəfəri vurması nəticəsində xəsarət alan iki Azərbaycan vətəndaşının vəziyyəti qənaətbəxşdir.

 

Azərbaycanın Rusiyadakı səfirliyindən APA-nın Moskva müxbirinə bildiriblər ki, hadisə haqqında məlumat səfirliyə daxil olan kimi səfir Polad Bülbüloğlunun göstərişinə əsasən Azərbaycan vətəndaşlarının yerləşdiyi tibb müəssisəsi ilə əlaqə saxlanılıb. Tibb müəssisəsindən verilən məlumata əsasən, xəsarət alanların vəziyyəti qənaətbəxşdir, onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

 

# 197
avatar

Oxşar yazılar