Braziliya millisinin üzvü "Real"ın hədəfində
18 iyun 2018 10:34 (UTC +04:00)

Braziliya millisinin üzvü "Real"ın hədəfində

“Roma”nın qolkiperi Alisson karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, “Real” mövsümlərarası fasilədə braziliyalı qapıçını heyətinə qatmaq istəyir.

Madrid klubu Alissonun qarşılığında “canavarlar”a 50 milyon avro təklif edib. Ancaq “Roma” 70 milyon avro tələb edir.

# 327
avatar

ApaSport TV

Oxşar yazılar