İsrail Qəzzanı bombaladı
18 iyun 2018 07:40 (UTC +04:00)

İsrail Qəzzanı bombaladı

 

 

İsrail ordusu Qəzza zolağının cənub hissəsinə zərbə endirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, İsrail Hərbi-Hava Qüvvələri fələstinlilərin İsrail ərazisinə şübhəli əşyalar bərkidilmiş hava şarları buraxmasına cavab olaraq Qəzza ərazisinə bir neçə zərbə endirib.

 

İsrail ordusunun məlumatına görə, zərbələr fələstinlilərin istifadə etdikləri avadanlığa və avtomobillərinə endirilib.

 

Bundan əvvəl İsrail aviasiyası Qəzza zolağında HƏMAS-a məxsus 5 obyekti bombalayıb.

 

# 282
avatar

Oxşar yazılar