[b]Nadir Qafarzadənin Sergey adlı oğlu varmış - ETİRAF ETDİ[/b]
17 iyun 2018 16:35 (UTC +04:00)

[b]Nadir Qafarzadənin Sergey adlı oğlu varmış - ETİRAF ETDİ[/b]

Müğənni Nadir Qafarzadə “Zaurla Günaydın” verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi hər kəsin bildiyi kimi 2 yox, 3 oğlu olduğunu söyləyib. O deyib ki, böyük oğlu nikahdankənar dünyaya gəlib:

 

“Nikahda deyildik, cavan idim. İndi oğlumun 27 yaşı var. Anası Sergey adını qoyub. Generalın qızı idi. Murmanskidə yaşayır. Heç ona baxmırdım. Orada yaşayanda oldu, sonra bura qayıtdım. Anam dedi ki, ancaq mənim meyidimin üstündən keçib gedə bilərsən. O, xanıma dedim ki, gəl Azərbaycana. Həmin vaxt burada müharibə idi. Dedi, müharibə şəraitində olan yerə gəlmərəm. Bura qayıdanda ailə qurdum, başım qarışdı. O da cavanlıq səhvim idi. İndi onu görmürəm”.

Qeyd edək ki, Nadir daha sonra Sevinc adlı xanımla ailə qurub. Onun bu nikahdan iki Əziz və Loğman adlı övladları var.

# 355
avatar

Oxşar yazılar