[b]Gecə klubunda partlayış: 17 ölü[/b]
17 iyun 2018 04:49 (UTC +04:00)

[b]Gecə klubunda partlayış: 17 ölü[/b]

 

 

Karakasdakı gecə klublarından birində gözyaşardıcı qaz qumbarasının partladılması nəticəsində 17 nəfər ölüb.

 

APA-nın  “Nacional” nəşrinə istinadən verdiyi xəbərə görə, insident “Los Cotorros” klubunda baş verib. Klubdakı şəxslərdən biri digəri ilə mübahisə zəminində gözyaşardıcı qaz qumbarası partladıb. Nəticədə 17 nəfər qazdan boğularaq ölüb. 

 

Beş nəfər xəstəxanaya yerləşdirilib.

   

Ölənlərdən 8-i həddi-buluğa çatmamış yeniyetmədir.

 

Hadisə ilə əlaqədar qumbara atan şəxs də daxil olmaqla, 7 nəfər saxlanılıb. Araşdırma davam edir.  

# 282
avatar

Oxşar yazılar