“Qarabağ” mövqeyini qorudu, “Qəbələ” irəlilədi
16 iyun 2018 14:09 (UTC +04:00)

“Qarabağ” mövqeyini qorudu, “Qəbələ” irəlilədi

Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “clubworldranking”in tərtib etdiyi cədvəldə Azərbaycanın 4 komandası yer alıb.

 

Klublarımız arasında ən yaxşı nəticə yenə “Qarabağ”dadı. Azərbaycan Premyer Liqasının liderinin hesabında 1169 xal var. Ağdam təmsilçisi planetin 526-cı komandasıdı. “Qarabağ” son siyahı ilə müqayisədə mövqeyini qoruyub.

368 xala malik “Keşlə” 717-ci yerdə qərarlaşıb. Paytaxt təmsilçisi 1 pillə geriləyib. “Qəbələ” 255 xalla 747-ci yerdədi. “Zirə”nin isə 217 xalı var və planetin 774-cüsüdü. Bu komandalardan birincisi 1 pillə irəlilədiyi halda, digəri 1 rəqibini özündən irəli buraxıb.

Qeyd edək ki, cədvəlin ilk “üçlüy”də dəyişiklik olmayıb. İspaniya “Real”ı yənə birincidi. Onlar 16378 xala malikdi. “Barselona” (İspaniya) 15485 xalla 2-ci, “Qremio” (Braziliya) 14679 xalla üçüncüdü.

# 309
avatar

ApaSport TV

Oxşar yazılar