<b>Roza Zərgərli maşından niyə imtina etdi? <span style="color:red;">- “Hər şey göründüyü kimi deyil” </b>
16 iyun 2018 12:17 (UTC +04:00)

Roza Zərgərli maşından niyə imtina etdi? - “Hər şey göründüyü kimi deyil”

“Maşın” realiti-şousunun builki qalibi Roza Zərgərli böyük mükafat olan maşından imtina edib.

 

Lent.az-ın "Qafqazinfo"-ya istinadən məlumatına görə, müğənninin bu addımı hər kəs tərəfindən çaşqınlıqla qarşılanıb.

 

Onun bu addımı nə üçün atdığı bilinməsə də, sənətçi həmin görüntüləri İnstaqram hesabında paylaşaraq qısa bir şərh verib.

 

Həyatda hər şeyin göründüyü kimi olmadığını vurğulayan Zərgərli hər kəsə təşəkkür edib: “Mən bu mübarizəni qazandım. Bu, həm mənim, həm də sizin sevginizin uğurudur”.

 

Qeyd edək ki, xalq artisti Murad Dadaşov maşının aqibəti haqda yaxın günlərdə ictimaiyyətə məlumat veriləcəyini bildirib.

# 356
avatar

Oxşar yazılar