<b>Neymar intiqam arzusunda: <span style="color:red;">Mən oynasaydım, 1:7 olmazdı</b>
15 iyun 2018 18:07 (UTC +04:00)

Neymar intiqam arzusunda: Mən oynasaydım, 1:7 olmazdı

Braziliya yığmasının hücumçusu Neymar DÇ-2014-ün yarımfinal mərhələsində Almaniya ilə keçirilən oyunu xatırlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, superulduz həmin vaxtkı 1:7 hesablı məğlubiyyəti hələ də unutmadıqlarını söyləyib.

Neymar yenidən Budestimlə üz-üzə gəlmək və onlardan intiqam almaq istəyində olduğunu gizlətməyib: “Bütün braziliyalılar üçün böyük məyusluq idi. Həmçinin mənim üçün də. Hamımız çox utanırdıq. Turnir ölkəmizdə keçirildiyindən, bizdən hamı çempionluq gözləyirdi və təzyiq bir insanın daşıya biləcəyi yükdən artıq idi. Amma Almaniya da möhtəşəm komanda idi. Onlarla yenidən qarşılaşmaq istərdim. Ancaq bu dəfə mənim də meydanda olmağım şərtilə. Çünki dörd il əvvəl mən oynasaydım, nəticə 1:7 olmazdı, fərqli keçərdi. Buna əminəm. Bu dəfə üz-üzə gəlsək, əsl intiqam oyunu olacaq”.

Qeyd edək ki, Braziliya yığması mundialda İsveçrə, Kosta-Rika və Serbiya ilə eyni qrupda mübarizə aparacaq.

# 323
avatar

Oxşar yazılar