Taekvondoçumuz 3-cü dəfə Avropa çempionu oldu - <span style="color:red;">FOTOLAR
15 iyun 2018 17:31 (UTC +04:00)

Taekvondoçumuz 3-cü dəfə Avropa çempionu oldu - FOTOLAR

Bolqarıstanın Plovdiv şəhrində keçirilən parataekvondo üzrə Avropa çempionatına yekun vurulub. Lent.az-ın məlumatına görə, sayca 7-ci olan qitə çempionatında 5 idmançı ilə təmsil olunan milli yığma komandamızın iki üzvü fəxri kürsüdə yer alıb. Belə ki, K44 + 58 kq çəki dərəcəsində mübarizə aparan qadın taekvondoçumuz Aynur Məmmədova yarışın qızıl medalını qazanıb. Nicat Müslümov (K – 43 – 75 kq) isə yarımfinalda məğlub olaraq, yarışı bürünc medalla başa vurub. Digər 3 təmsilçimiz İmaməddin Xəlilov, Əbülfəz Abuzərli və Vüqar Abışirinov yarımfinala vəsiqə uğrunda döyüşdən məğlub ayrılıb.

Xatırladaq ki, Plovdiv şəhərinin “Kolodruma” idman sarayında baş tutacaq G4 kateqoriyalı yarışın qalibləri aktivlərinə 40 reytinq xalı əlavə etmiş olur. Böyük məşqçilər Yaşar Səfərov və Fərid Tağızadənin rəhbərliyi ilə növbəti uğura imza atan millimiz artıq Vətənə qayıdıb.

Aynur xanım açıqlamasında bildirib ki, çempionata uzun zamandır hazırlaşıb:

“Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəhbəri Füzuli Musayev nazir Azad Rəhimova müraciət etdi və bizə yarışa qatılmaq üçün lazımi vəsait ayrıldı.  Qeyd edim ki, F.Musayevin rəhbərlik etdiyi qurumda təlimatçı vəzifəsində çalışıram.

Rəqibim dünya çempionatının 1-cisi olub. 9-2 hesabla onu məğlub etdim. Reytinqdə 4-cü yerdəyəm. Buna da səbəb yarışlara qatıla bilməməyimizdir".  

 

# 369
avatar

Oxşar yazılar