“Neftçi” xorvatiyalı müdafiəçi ilə müqavilə bağladı
15 iyun 2018 11:45 (UTC +04:00)

“Neftçi” xorvatiyalı müdafiəçi ilə müqavilə bağladı

“Neftçi” daha bir transferini həyata keçirib. Apasport.az klubun saytına istinadən məlumat verir ki, xorvatiyalı futbolçu Slavko Braliçlə 1 il müddətinə müqavilə imzalanıb.

25 yaşlı mərkəz müdafiəçisi komandada 28 nömrəli formasını geyinəcək.

Sonuncu klubu “Şiroki Brieq” (Bosniya və Herseqovina) olan Braliç Xorvatiyanın “Omladinas Vranyiç”, “Solin” və "Osiyek” komandalarında çıxış edib.

Qeyd edək ki, "Neftçi” bundan öncə cinah müdafiəçisi Tural Axundov, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirmişdi.

 

# 337
avatar

Oxşar yazılar